Qaza görə mübahisə edən Lukaşenko Putindən üzr istəməli oldu VİDEO

07 Dekabr, 2018 09:50 | İqtisadiyyat | Baxış sayı: 99
Putin və Lukaşenko
Putin və Lukaşenko

"Müzakirələr çox qızğın keçdi, nəzakətsiz çıxış etdim"

Belarusiya prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət başçısı Vladimir Putindən qaz mübahisəsinə görə üzr istəyib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Belarus Rusiya qazını daha ucuz qiymətə almaq istəyib. 

"Bu günki görüşün ev sahibindən üzr istəməli olduq. Müzakirələr çox qızğın keçmişdi. Yaxşı olar ki, siz bunu eşitməyəsiz", deyə iclasdan sonra Lukaşenko jurnalistlərə bildirib. Belarus lideri diskusiya zamanı nəzakətsiz çıxış etdiyini deyib. 

Xatırladaq ki, Avrasiya Şurasının iclası Sankt Peterburqda keçirilir. Bu iclasda Lukaşenko bildirib ki, Rusiya qazının min kub metri belaruslu istehlakçılara 130, Smolenskdəkilər üçün isə 70 dollara başa gəlir. Putin isə deyib ki, əgər qazı bazar qiymətinə satsalar onda Belarusiya üçün də qiymət Almaniya qədər - 200 dollar olardı. 

"Siz doğru deyirsiniz Vladimir Vladimiroviç. Ancaq bizim əsas partnyorumuz xoşbəxtlikdən ya bədbəxtlikdən Almaniya yox, Rusiyadır".