Neft sürətlə dəyərini itirir

07 Dekabr, 2018 11:56 | İqtisadiyyat | Baxış sayı: 44
Neftçi
Neftçi

Qiymət yenə 60 dollardan da aşağı düşdü

Neftin qiymətindəki ucuzlaşma davam edir. Qısa müddət öncə 80 dollara kimi qalxan qiymət 60 dollardan belə aşağı düşüb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar geriləyərək 59,57 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 51,10 dollar təşkil edir. 

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,81 dollar ucuzlaşaraq 60,24 dollara təklif edilir. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.