İzmir limanı Bakı-Tbilisi-Qars dəmiryol ilə birləşdiriləcək

07 Dekabr, 2018 16:24 | İqtisadiyyat | Baxış sayı: 50
İzmir limanı
İzmir limanı

Hazırda layihə hazırlıq mərhələsindədir

Türkiyənin İzmir limanı dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol dəhlizi ilə birləşdiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda layihə hazırlıq mərhələsindədir.

Mənbə onu da bildirib ki, İzmir limanının BTQ ilə birləşdirilməsi Türkiyə ərazisində yük daşımalarının artmasına xidmət edəcək.