Qiymət qanımızı qaraltdı

07 Noyabr, 2018 10:54 | İqtisadiyyat | Baxış sayı: 115
Neft
Neft

"Qara qızıl"ın qiyməti düşməyə davam edir

Neftin qiymətində başlayan ucuzlaşama bu gün də davam edib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 71,99 dollara çatıb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar geriləyərək 61,85 dollar olub.

Azərbaycan neftinin qiymətində də azalma müşahidə olunur.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar ucuzlaşaraq 72,87 təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.