Neftdən yeni rekord - 64 dolları keçdi

07 Noyabr, 2017 09:38 | İqtisadiyyat | Baxış sayı: 70
Neft buruğu
Neft buruğu

"Qara qızıl" bahalaşmağa davam edir

Son bir neçə ildə durmadan dəyər itirəən neft öz rekordunu yeniləməkdə davam edir. İstiPress-in məlumatına görə, "qara qızıl"ın qiyməti son iki ildə ilk dəfə 64 dollarlıq həddi keçib.

Dünya birjalarında "Brent" markalı nefrin bir bareli 64,2 dollara kimi bahalaşıb. Son dəfə qiymət 64 dollar səviyyəsinə 2015-ci ilin iyun ayında çatmışdı. 

WTI markalı neft isə 57 dollar həddini aşıb.

Məlumata görə, bahalaşma Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalı ilə çox sayda şahzadə, nazir və iş adamının həbsi fonunda baş verib.

Azərbaycanın dünya bazarına çıxardığı neftin qiymətində də bahalaşma müşahidə edilir. "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,58 dollar artaraq 66,20 dollara çatıb. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.