Dünyanın varlı adamı Bakıya gəlir

07 Noyabr, 2017 12:10 | İqtisadiyyat | Baxış sayı: 514
Alibaba
Alibaba

50 milyarda yaxın pulu olan iş adamının səfəri dekabrda ola bilər

Dünyanın ən varlı adamlarından biri Azərbaycana səfər edəcək. İstiPress-in məlumatına görə, “Alibaba Group” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Ma  Bakıya gələ bilər. Onun  5-8 dekabr tarixlərində keçiriləcək “BakuTel” beynəlxalq sərgisində iştirakı gözlənilir. 

Səfər barədə razılaşma aprelinin 24-də Cenevrədə keçirilmiş BMT ticarət və inkişaf konfransı zamanı əldə olunub.

Ma 47,5 milyard dollarlıəq sərvəti ilə dünyanaın ən varlı adamlarından biri hesab edilir. O, Çin və Asiyanın ən zəngin iş adamı hesab edilir. 

Ma kimdir? 

1964-cü ildə Çində anadan olub. Ana-atası ənənəvi musiqi növü ilə məşğul olan musiqiçilər idilər. Uşaqlıq illəri çətinliklər içində keçib. Onun ən böyük arzusu ingilis dilində danışa bilmək idi. Bunun üçün də 9 yaşından etibarən hər gün səhər saat 5-də yuxudan durub velosipedi ilə turistlərin çox olduğu ərazilərə geri. Praktika üçün onlara pulsuz şəhər turları təşkil edirdi. 

Universitetdə təhsil almaq üçün 3 dəfə imtahan verib. Lakin hər dəfə uğursuz  alınıb. Sonuncu dəfə o şəhərinin ən pisi hesab edilən ali məktəbə girə bilir. 

1988-ci ildə məzun olub. Liseydəki sevgilisi ilə ailə qurur və 5 il ayda 15 dollara müəllimlik edib. Gəliri az olduğu üçün başqa işlərdə də çalışır. Onun sözlərinə görə, bir dəfə şəhərdə yeni açılan mağazada iş növbəsinə dayanan 24 nəfərdən 23-nü işə götürüblər. Bir nəfər işsiz qalıb. Bu da onun özü idi. 

1995-ci ildə ABŞ-a gedir və həyatını dəyişən internetlə tanış olur. Əvəllər komputerə belə toxunmaqdan çəkinir. "Kompüter Çində çox bahalı idi. Toxunub sındıraram, sonra pulnu ödəyə bilmərəm deyə ehtiyat edirdim". Dostunun israrından sonra o kompüterdə axtarışa başlayır. İlk axtardığı isə "pivə" olur. Dünyanın hər yerindən qarşısına məhsul çıxır, Çindən başqa. Çinə qayıtdıqdan sonra bir sayt yığıb onu satır. Sonra fəaliyyətə başlayır və 17 dostu ilə birlikdə ona milyardlar qazandıran "Alibaba"nı qurur. 

1999-cu ildə Çində şirkəti fəaliyyətə başlayıb. "Bir gün San Fransiskoda qəhvə içərkən bir qarsondan "Əli baba"nı tanıyırsan? deyə soruşdum. "Əlbətdə" dedi. "Əli baba və 40 qulduru kim bilmirki"... Sonra küçədə daha 30 nəfərdən eyni sualı soruşdum. Hamı tanıdı. O an şirkətin adına qərar verdim. Hər ehtimala qarşı "Alimama" adını da aldıq".