AZAL Tiflisdən uçanlara xəbərdarlıq etdi

07 Sentyabr, 2019 13:57 | İqtisadiyyat | Baxış sayı: 446
AZAL
AZAL

Uçuş cədvəli dəyişdirilib

AZAL Gürcüstanın paytaxtından Bakıya səyahət edənlərə xəbərdarlıq edib. hava Yolu şirkətindən verilən məlumata görə, Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar olaraq, J2-224 Tiflis-Bakı reysinin cədvəlinə dəyişiklik edilib.

Sentyabrın 8-də uçuş aşağıdakı cədvələ uyğun olaraq həyata keçiriləcək.
⠀⠀
Tiflisdən yola düşmə 13:00-da, Bakıda eniş: 14:10
⠀⠀⠀⠀
J2-223 uçuş cədvəli dəyişmir:⠀⠀
Bakıdan yola düşmə 9:30, Tiflisə eniş 10:40