Savaş qızışdı - milyarderlər 117 mlrd. itirdi

07 Avqust, 2019 10:32 | İqtisadiyyat | Baxış sayı: 64
Yanan dollar
Yanan dollar

Dünyanın ən varlı adamları bir gündə milyardlarla dollar itki veriblər

ABŞ və Çin arasında qızışan ticarət savaşı dünyanın ən zəngin adamlarının qazanclarına da təsirsiz ötüşməyib. Milyarderlər bu savaş nəticəsində birjalarda yaşanan ucuzlaşmalara görə 117 milyard dollar itki veriblər.

"Bloomberg"in məlumatına görə, ən böyük itki "Amazon" rəhbəri Ceff Bezonsa məxsusdur. Onun varidatı 3,43 milyard azalıb. Buna baxmayaraq o hələ də 110 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı siyahısına başçılıq edir. 

"Louis Vuitton Moet Hennessy" rəhbəri Bernar Arno da bir günə 3 milyard itirərək sərvətini 94.6 milyarda salıb.

"Facebook" rəhbəri Mark Zukerberqlə, "Microsoft" prezidenti Bill Qeytsin itkisi isə 2 milyarddır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 1-dən Çindən olan 300 milyard dollarlıq məhsula əlavə 10 faiz rüsum tədbiq edəcəklərini açıqlayıb. Çin isə buna cavab olaraq yuanın dollara qarşı məzənnəsini minimuma salıb.