Ölkəyə gizli yerdə tibbi maddə keçirmək istədi - FOTO

07 Avqust, 2019 19:28 | İqtisadiyyat | Baxış sayı: 70
Gömrük iti - ARXİV
Gömrük iti - ARXİV

Yoxlama zamanı aşkar edilib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Xanoba" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada Priora" markalı avtomobilə gömrük baxışı keçirilib.

İstiPress-ə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan qaz balonunun orta hissəsində və avtomobilin salonunda maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, stomatologiya sahəsində istifadə edilən 10 adda 1131 ədəd tibbi maddə və ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.