Bu rayonlar qazsız qalacaq

07 Avqust, 2019 10:10 | İqtisadiyyat | Baxış sayı: 57
Təbii qaz
Təbii qaz

Qaz xəttini avtomobillə vuraraq zədələyiblər, sızma var

Bu gün 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 

Məhdudiyyət Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunması ilə bağlıdır. 

Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq.

Bundan əlavə, bu gecə saat 2:00-da Zərdab rayonunun Birinci Alıcanlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər. Qaz sızması yarandığından kəndin 30 abonentinin qaz təchizatında fasilə yaranıb.