Neft yenidən artıma başladı

07 İyun, 2019 10:43 | İqtisadiyyat | Baxış sayı: 42
Neft
Neft

Qiymət 63 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar artaraq 62,56 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,69 dollar artaraq 53,28 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşır.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar bahalaşaraq 63,20 dollara təklif edilir. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.