Manatla əmanəti olanlara şad xəbər - RƏSMİ

07 May, 2020 11:09 | İqtisadiyyat | Baxış sayı: 128
Manat
Manat

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qərar qəbul edib

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edilib.

İstiPress-in məlumatına görə, bu barədə  Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bankı ilə razılaşdırmaqla qərar qəbul edib. 

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir. 

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xatırladaq ki, sonuncu dəfə 1 iyul 2019- cu il tarixdə milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-ə salınmışdı.

Xarici valyutada əmanətlərinin qorunmasının illik faiz dərəcəsi isə 2,5% -dir.