Dövlət Neft Fondu valyuta satışını kəskin azaldıb

07 May, 2019 18:36 | İqtisadiyyat | Baxış sayı: 66
Dollar
Dollar

Apreldə 47% azalma olub

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 1 milyard 975,3 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu barədə ARDNF məlumat yayıb.

İstiPress-in məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Cari ilin dörd ayında valyuta satışının 423,7 mln. dolları aprel ayının payına düşüb. Bu isə ötən ilin aprel ayından 47% azdır.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-aprel ayları ərzində 2 112,8 mln. dollar, aprel ayında isə 802,6 mln. dollar məbləğində vəsait satılıb.