Pensiya alanlara bayram sürprizi

07 Mart, 2020 12:20 | İqtisadiyyat | Baxış sayı: 661
Pensiya
Pensiya

Pullar bayrama kimi veriləcək

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun verdiyi məlumata görə, bütün pensiya, müavinət və təqaüdlər
Novruz bayramına qədər ödənəcək. Pensiya, müavinət və təqaüdlərin qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayrama qədərki dövrdə ödənilməsi təmin olunacaq.

"Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb.

Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq.

Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub".