Burada çalışanların da maaşı artdı

07 Mart, 2018 08:53 | İqtisadiyyat | Baxış sayı: 923
Azərbaycan manatı
Azərbaycan manatı

Prezidentdən yeni sərəncam

Prezident ötən gün daha bir qrup şəxsin maaşının artırılması barədə sərəncam imzalayıb. İstiPress-in məlumatına görə, bu dəfəki sərəncamla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları qaldırılır. 

Sərəncama görə, adıçəkilən qrupa daxil olanların maaşları  2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Xatırladaq ki, dövlət başçısı bundan öncə müəllimlər, həkimlər, hərbçilər, o cümlədən sosial sahaədə çalışanların da əmək haqqının artırılması barədə sərəncamlar imzalayıb.