İrandan dünyanı şoka salan Pentaqon qərarı

07 Yanvar, 2020 13:12 | İqtisadiyyat | Baxış sayı: 304
İran
İran

Bu şəxslərin adı da terrorçular siyahısına daxil edildi

İran parlamenti bu gün növbəti dəfə toplanıb. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, bu günki iclas zamanı Pentaqonun terrorçu qruplaşma elan edilməsi müzakirəyə çıxarılıb. 

Yeni qərara əsasən terrorçular siyahısına Pentaqonun bütün üzvləri, onunla bağlı olan qurumlar, eləcə də  general Qasım Süleymaninin ölümü ilə əlaqəli olan rəhbər şəxslər də daxil edilib. 

Qanun layihəsini 228 deputat dəstəkləyib. Səsvermədə ümumiyyətlə 238 nəfər iştirak edib. 

Xatırladaq ki, ABŞ və İran arasında münasibətlər ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı  “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymanini öldürməsinin ardınca daha da pisləşib. Tərəflər qarşılıqlı şəkildə bir-birini zərbələr, sanksiyalarla hədələyir.