Bu nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək

06 Dekabr, 2019 19:38 | İqtisadiyyat | Baxış sayı: 172
Hökumət Evi, Bakı
Hökumət Evi, Bakı

Köçmə prosesi gələn ay başa çatacaq

Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.

İstiPress-in məlumatına görə, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək. Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.

Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.