Bayramda İstanbula gedəcəklərin nəzərinə - AZAL uçuşları dəyişdi SİYAHI

06 Dekabr, 2018 15:11 | İqtisadiyyat | Baxış sayı: 75
Atatürk hava limanı
Atatürk hava limanı

Dəyişiklik Atatürk aeroportunun bağlanması ilə əlaqədardır

AZAL Türkiyənin İstanbul şəhərinə uçuşlarla bağlı dəyişiklik edib. Qurumdan İstiPress-ə verilən məlumata görə, dəyişiklik Atatürk Hava Limanının bağlanması ilə əlaqədardır. 

Belə ki, 30-31 dekabr tarixlərində Azərbaycan Hava Yollarının reysləri aşağıda göstərilən cədvələ uyğun olaraq İstanbulun Sabiha Gökçen Hava Limanına yerinə yetiriləcək. "Səyahətinizi planlaşdıran zaman bu məlumatı nəzərə almağınızı xahiş edirik".

30 dekabr (yerli vaxtla):
J2-075 (Bakı-İstanbul) – Uçuş: 08.35, Enmə: 10.25
J2-076 (İstanbul-Bakı) – Uçuş: 12.50, Enmə: 16.35
J2-077 (Bakı-İstanbul) – Uçuş: 22.40, Enmə: 00.30+

31 dekabr (yerli vaxtla):
J2-078 (İstanbul-Bakı) – Uçuş: 01.20, Enmə: 05.05
J2-075 (Bakı-İstanbul) – Uçuş: 11.40, Enmə: 13.30
J2-076 (İstanbul-Bakı) – Uçuş: 14.50, Enmə: 18.35