Ermənilər gələn il bundan daha kasıb olacaqlar

06 Dekabr, 2017 09:25 | İqtisadiyyat | Baxış sayı: 73
Yoxsul erməni ailəsi
Yoxsul erməni ailəsi

Nazir pensiya ümidlərini puç etdi

“Ermənistanda pensiyaların artırılması mümkün deyil. Necə deyərlər maliyyə romans oxuyur”. Bu barədə jurnalistlərə Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Artyom Asatiryan deyib.

Onun sözlərinə görə, pensiyaların gələn ildən artırılması milli büdcəyə zərbə ola bilər. Bunun üçün də minimal artımı belə gözləmək lazım deyil. Artıq hesablanıb ki, yaşlıların aldığı təqaüd minimal istehlak səbətinin 75 faizinə çata bilir. 

Qeyd edək ki, nazirin açıqlaması ölkə prezidenti Sarkisyanın, eləcə də nazirlər Kabineti rəhbərinin Ermənistanda iqtisadiyyatın çiçəklənməsi barədə açıqlamaları fonunda verilib.

İrəvan rəhbərliyinin indi bir çıxış yolu var. Bəlkə Avropa İttifaqından olan "dayı"ları onlara yardım əlini uzada. Ancaq Brüsseldə də hər qəpiyin qədrini çox yaxşı bilirlər və elə-belə heç bir qəpik də vermirlər. Bunun üçün Rusiyaya qarşı çıxışlar etmək lazımdır. Eməni rəhbərliyi isə hələ buna hazır deyil. Çünki o Rusiyadan asılıdır. Buna baxmayaraq özlərini Kremlə münasibətdə müstəqil dövlət kimi təqsdim etməyə çalışırlar.

Ermənistanın məşhur iqtisadçısı, ekspetr Gevork Mirzoyan da hesab edir ki, onun ölkəsi heç yerə gedib çıxan deyil. Ermənistan hələ uzun illər Rusiyadan asılı olacaq.

Mirzoyanın fikrincə, erməni siyasətçilər Smolenski prospektini Ermənistan XİN-nin filialı, Moskvadakı qədim meydanı isə Sarkisyanın şöbələrindən biri hesab etdikləri müddətdə hər şey övvəlki kimi qalacaq. 

Yəqin ki, məhz buna görə də daha çox rus Ermənistanın "gəzəyən arvada" oxşaması fikri ilə razılaşamağa başlayıb.