Neftimiz yeni rekorda gedir

06 Noyabr, 2019 09:54 | İqtisadiyyat | Baxış sayı: 59
Neft
Neft

“Azeri Light”ın qiyməti 68 dolları keçib

Dünya bazarında neftin qiyməti bahalaşıb. “Brent” markalı neftin bir bareli Londonun İCE birjasındakı hərracda 63,13 ABŞ dollara çatıb. Bu qiymət sonuncu dəfə sentyabr ayaında qeydə alınmışdı. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,13 ABŞ dolları və yaxud 0,19% artıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,04 dollara təklif edilir. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.