Avropa “Visa” və “MasterCard”dan imtina edir

06 Noyabr, 2019 08:45 | İqtisadiyyat | Baxış sayı: 40
"Visa” və “MasterCard”
"Visa” və “MasterCard”

PEPSI ödəmə sistemi hazırlanıb

Avropanın 20-yə yaxın bankı “Visa” və “MasterCard” kartlarını əvəz etməyə hazırlaşır. Banklar adıçəkilən kartları əvəz etmək üçün ümumavropa ödəmə sistemini hazırlayır. Bu barədə “AFP” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ödəmə sistemi PEPSI (Pan-European Payment System Initiative) adlandırılıb. Yeni sistemdən isifadə etməklə bütün növ ödənişləri idarə etmək mümkün olacaq.

Xatırladaq ki, ödəniş sisteminin yaradılmasında Fransa banklarının əksəriyyəti və Almaniyanın ən böyük banklarından biri iştirak edir.