Azərbaycan nefti xeyli bahalaşdı - yeni qiymət sıçrayışı

06 Avqust, 2020 10:55 | İqtisadiyyat | Baxış sayı: 127
Bakıda neft buruğu
Bakıda neft buruğu

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,71 ABŞ dolları, yaxud 3,76% artıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 47,16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.