Halva-halva deməklə ağız şirin olmaz - 18 milyard hara getdi?

06 İyul, 2018 11:23 | İqtisadiyyat | Baxış sayı: 386
Yoxsul ermənilər
Yoxsul ermənilər

Paşinyan hökumətinin daha bir sabun köpüyü

Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Artarak Manukyan erməni radiolarından birinin efirində bildirib ki, korrupsiya ilə mübarizə əməliyyatı nəticəsində bu gün ölkə büdcəsinə 18 milyard dram qaytarılıb. Bu sensasion xəbər bir anda bütün ölkəyə yayılıb. Ermənilər üçün nəhəng olan bu məbləğ sakinləri sevindirməyə bilməzdi. Amma bu sevinc cəmi bir gün çəkdi. Maliyyə Nazirliyi rəsmi şəkildə bildirib ki, büdcəyə qayıdan heç bir puldan söhbət gedə bilməz. Bununla da Paşinyan hakimiyyətinin havaya buraxdığı daha bir sabun köpüyü partladı. 

Jurnalistlər deyirlər ki, bənzər bəyanatlar verən yeni hakimiyyətin məqsədi ilk növbədə xalqa antikorrupsiya əməliyyatlarının necə uğurlu olduğunu göstərməkdir. Guya bu mübarizə çoxdan nətiəcni göstərəcək və  erməni xalqı nəhayət gün üzü görəcək.

Bununla yanaşı yerli ekspertlər qeyd edirlər ki, belə fəaliyyətlə hakimiyyət xalqı daha da ümidsizliyə sürükləyir. Onlar birdən ortaya çıxan milyardların nə üçün büdcəyə getmədiyini anlamırlar. Erməni politoloqlar isə bildirilər ki, şou üçün olan həbslər, ifşalarla uzağa getmək olmaz. İnsanlar Paşinyan hökümətinin işinin effektivliyini nəticəsini öz üzərlərində hiss etməlidir. Əgər bu yoxdursa bu sadəcə ucuz şoudur. Ucuz şou isə hər zaman qısamüddətli effektə sahib olur. Yaxşı deyiblər. – halva-halva deməklə ağız şirin olmaz.