Azərbaycana milyonlar qazandıracaq imza

06 İyul, 2018 09:25 | İqtisadiyyat | Baxış sayı: 154
Dənizdə neft yatağı
Dənizdə neft yatağı

Prezidenti "Qarabağ" neft yatağının işlənməsi haqqında sazişi təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu imzalayıb.

Sənəddə  deyilir: Milli Məclis Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl Azərbaycan Qarabağ BV və SOCAR Qarabağ LLSi arasında Risk xidməti Sazişi (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.