Neft yenə düşdü

06 Aprel, 2020 10:51 | İqtisadiyyat | Baxış sayı: 115
Neft
Neft

"Qara qızıl" 9,5 faiz dəyərini itirib

Dünya birjalarında neftin qiyməti bir neçə günlük bahalaşmadan sonra yenidən azalmağa başlayıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 9,5% azalaraq 31,16 dollara düşüb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiymətində də azalma eyni dərəcədədir. Bu markadan olan neft indi 25,88 dollara təklif edilir.

Qiymətlər koronavirusa yoluxnaların sayının dünya miqyasında artımının davam etməsi fonunda azalır.