Neftimiz rekord vurur

06 Aprel, 2019 13:06 | İqtisadiyyat | Baxış sayı: 113
Neftçi
Neftçi

"Qara qızıl"ın qiyməti 72 dollara çatır

Neft öz rekordunu yeniləməyuə doğru gedir.  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar artaraq 70,34 dollara satılır.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,98 dollar bahalaşaraq 63,08 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar artaraq 71,94 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.