Kartof və soğanın qiyməti dəyişəcək?

06 Aprel, 2019 13:22 | İqtisadiyyat | Baxış sayı: 375
Kartof-soğan
Kartof-soğan

Nazirlər Kabineti gömrük rüsumlarını dəyişdi

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib. 

Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. 

Qərarla 2019-ci il aprelin 30-dək ölkəyə 1 kq təzə və ya soyudulmuş kartofun idxalına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkəyə 1 kq soğanın idxalına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.