Atatürkdən son uçuş - ağladan vida FOTO

06 Aprel, 2019 09:50 | İqtisadiyyat | Baxış sayı: 266
Atatürk hava limanı
Atatürk hava limanı

Türkiyənin ən məşhur hava limanı sərnişinlər üçün bağlandı

Türkiyənin ən böyük hava limanlarından biri hesab edilən Atatürk aeroportu bu gündən rəsmən fəaliyyətini dayandırır. Hava Limanından İstanbul Hava Limanına "Böyük Köç" olaraq adlandırılan tarixi köçürülmə prosesi başlayıb. 

Atatürkdən son uçuş Sinqapura həyata keçirilib. Sinqapura gedən təyyarə 319 sərnişini ilə gecə saat 02.40-da havaya qalxıb. Bununla da son 86 ildə sərnişinlərinə dayanmadan xidmət göstərən hava limanını səssizliyə qərq olub. 

Son uçuşla birlikdə hava limanın ərazisində daima işlək vəziyyətdə olan uçuş tablosu da qaralıb. Aeroport əməkdaşları tarixi anları mobil telefonları ilə lentə alıblar. Son anons isə hamının kövrəlməsinə səbəb olub.

Artıq sərnişin təyyarələri ötən ilin sonunda fəaliyyətə başlayan və dünyanın ən böyük hava limanlarından biri hesab edilən İstanbul Hava Limanına enəcəklər.