Neft artımı dayandırdı

06 Mart, 2019 10:41 | İqtisadiyyat | Baxış sayı: 49
Neft
Neft

Qiymət yenidən ucuzlaşmağa başlayıb

Bir neçə gün davam edən bahalaşmadan sonra dünya birjalarında neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar geriləyərək 65,34 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar ucuzlaşaraq 56,09 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 67,16 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.