ABŞ-İran münaqişəsi nefti xeyli bahalaşdırdı

06 Yanvar, 2020 13:34 | İqtisadiyyat | Baxış sayı: 73
Neftçi
Neftçi

London və Nyu-York birjalarında qiymət kəskin qalxıb

ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda dünya bazarında neftin qiyməti artaraq 70 dolları ötüb.

İstiPress-in məlumatına görə, London birjalarında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barrelə görə 70,17 dollar olub. Bu isə əvvəlki sessiyadan 1,57 dollar çoxdur.

WTI markalı neftin qiyməti isə Nyu-York birjalarında 1,28 dollar (2,03%) bahalaşaraq bir barrelə görə 64,33 dollar olub.