Azərbaycanlı müştəri Türkiyədən avtomobil qiymətinə it alıb

06 Yanvar, 2019 13:09 | İqtisadiyyat | Baxış sayı: 218
Kanqal köpəkləri
Kanqal köpəkləri

Anadolu çoban itləri - Kanqal köpəkləri Azərbaycana gətirilir

Adı açıqlanmayam azərbaycanlı müştəri Türkiyədən avtomobil qiymətinə it alıb. 

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin "Habertürk" telekanalına Zonquldak şəhərində yaşayan 40 yaşlı Emre Baykal bildirib.

Onu sözlərinə görə, saxladığı Anadolu çoban itlərinin - Kanqal köpəklərinin küçüklərinin qiyməti 3500-5000 türk lirəsi arasındadır. Daha yaşlı dişi Anadolu çoban iti 5000-15000 lirəyə satılır. Erkəklərinin qiyməti isə 15000 lirədən başlayır.

“Əvvəlcə bir küçük aldıq. Nəsillərini artırmağa çalışırıq. Yaxın vaxtlarda birini Azərbaycana satdıq”, - Emre Baykal jurnalistlərə deyib.