Prezident onları təltif etdi - SİYAHI

05 Dekabr, 2018 16:57 | İqtisadiyyat | Baxış sayı: 117
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

Fəxri ad və medallar verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamda qeyd edilir ki, rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəfərov Nazim Kazım oğlu

Rüstəmov Rəşad Keykavuz oğlu

Səfərov Rizvan Ziyanur oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Həsənova Sahibə Məzahir qızı

Qasımov İsa Vəli oğlu

Mehyəddinov Ənvər Əlistan oğlu

Məmmədova Firuzə Novruz qızı

Pirmətov Fərhad Veysəl oğlu

Vəlibəyli Sevinc Mürsəl qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Novruz Qulu oğlu

Naibov Vidadi Vaqif oğlu.