Nazirdən pensiya müjdəsi

05 Dekabr, 2018 09:40 | İqtisadiyyat | Baxış sayı: 405
Pensiya hesablanması
Pensiya hesablanması

Samir Şərifov gələn il universitetlərdə pulsuz yerlərin artacağını da deyib

2019-cu ildə pensiyaların indeksləşdirilməsi gözlənilir. Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2019-cu ilin dövlət büdcəsində sosial yönlü xərclər böyük çəkiyə malikdir. 7,5 mlrd. manatlıq xərclərdən söhbət gedir. Növbəti ilin büdcəsində investisiya xərclərinin çox hissəsi sosial yönlü investisiya xərcləridir:

“Xatırladım ki, bu ilin mart-aprel aylarında dövlət büdcəsində çalışanların əməkhaqqıları artırılıb, eyni zamanda bütün sosial ödənişlər-təqaüdlər üçün cari il ərzində böyük vəsaitlər ayrılıb. Onu əlavə edim ki, 2019-cu ilin büdcəsində bu xərcləri davam etdirmək üçün 600 mln. manatadək əlavə vəsaiti təmin etməliyik. Burada o cümlədən pensiyaların indeksləşdirilməsi məsələsi durur. 

Biz büdcə müzakirələrində etiraf etdik ki, ödənişli oxuyan tələbələrin sayı, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayından çoxdur. İndi biz bu natarazlığı aradan qaldırmalıyıq və qaldıracağıq. Ölkə başçısının xüsusi göstərişi var və artıq gələn ildən dövlət sifarişi ilə oxuyan tələbələrin sayını 20% artıracağıq". 

S.Şərifov həmçinin deyib ki, kənd təsərrüfatı sahəsi vergidən azaddır və növbəti ildən də bu güzəştlər daha 5 il artırılacaq.