Azərbaycanın qonşusu ABŞ-a meydan oxudu

05 Dekabr, 2018 11:11 | İqtisadiyyat | Baxış sayı: 61
Həsən Ruhani
Həsən Ruhani

"Fars körfəzi də neft daşımaları üçün bağlanacaq"

İran lideri ABŞ-ı Fars körfəzini bağlamaqla hədələdi. İstiPress-in məlumatına görə, bu ABŞ-ın sanksiya və təzyiqləri artırmaq istəklərinə cavab olub. 

İran prezidenti neft bazarındakı rolunu bir daha Amerikaya xatırlatmalı olub. Prezident Həsən Ruhani bildirib ki, əgər İran neft ixracından məhrum edilərsə, avtomatik olaraq Fars körfəzindən xam məhsulun daşınmasının da yolu bağlanacaq. Belə olacağı halda neft bazarında necə xaosun yaranacağını isə təsəvvür etmək çətin deyil.

Xatırladaq ki, Ruhani daha öncə də ABŞ-ın bütün sanksiyalarına baxmayaraq neft satışına davam edəcəklərini açıqlamışdı.

Noyabrın 5-dən ABŞ-ın İrana qarşı tədbiq etdiyi yeni sanksiyalar qüvvəyə minib. Vaşinqton bildirib ki, hədəf İranın neft ixracatını sıfıra salmaqdır.