İran prezidenti od püskürdü - "Peşman edəcəyik"

05 Noyabr, 2018 12:10 | İqtisadiyyat | Baxış sayı: 202
ABŞ və İran
ABŞ və İran

Ruhani meydan oxudu - sanksiyaya baxmayaraq neft satışı davam edəcək

"İran ABŞ-ı peşman olmağa vadar edəcək". Bunu İstiPress-in məlumatına görə, "Press TV"yə müsahibəsində İran prezidenti Həsən Ruhani deyib. 

O, bildirib ki, İran xalqı birlik və ortaq səyləri ilə sanksiyaların öhdəsindən gələcək. "Biz ölkəyə xarici sərmayələr cəlb edəcəyik... İqtisadi çiçəklənmə yoluna yenidən başlayacağıq". 

İran lideri həmçinin ABŞ sanksiyalarına baxmayaraq neft satışına davam edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, ABŞ özü İran neftini dayandırmaq üçün atdığı addımların uğursuzluğa düçar olduğunu etiraf edib. "Çünki ona əvəz tapa bilmirlər. Onlar neft alışı üçün bəzi ölkələr üçün istisnalar təklif etməsələr belə biz öz neftimizi sata bilərik. Bizim belə imkanımız var. 

Biz bu qanunsuz və sərt sanksiyaların öhdəsindən gələcəyik. Çünki onlar haqsız və beynəlxalq normalara ziddirlər". 

Xatırladaq ki, bu gündən ABŞ-ın İrana qarşı sanksiyalarının yeni mərhələsi qüvvəyə minir.  Sanksiyalar neft ixracı ilə bağlıdır. Vaşinqton bu ölkənin neft ixracını sıfır səviyyəsinə ednirmək niyyətindədir. Bunun üçün də bütün alıcıları İran neftindən imtinaya çağırıb. 

Sanksiyaların tədbiqi bu ilin may ayında ABŞ prezidenti Donald Trampın İranla əldə edilən nüvə razılaşamasından çıxdığı elan etməsindən sonra başlayıb. Həmçinin İranla ticarət əlaqələrinə davam edən ölkələrin də saksiyaya məruz qalacağı bildirilib. 

Bu gündən qüvvəyə minən sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirilir.