Pensiyalar yenə artacaq RƏSMİ

05 Oktyabr, 2019 09:48 | İqtisadiyyat | Baxış sayı: 239
Pensiya
Pensiya

Nazir artımın gələn ilin əvəllərində olacağını deyib

"Bu ayın sonuna qədər bütün pensiyaçılar öz pensiyalarını müvafiq artımla alacaqlar. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır. Bu il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir".

Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir bildiirb ki, ilin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Lakin proqnoz 14-15 faiz ətrafındadır. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək.

"Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq, eyni zamanda növbəti ilin əvvəlindən hər kəsin pensiyası orta aylıq əmək haqqının artımına uyğun olaraq 14-15 faiz məbləğində artacaq”.