Neftdən təzadlı gediş

05 Oktyabr, 2019 12:40 | İqtisadiyyat | Baxış sayı: 64
Neft
Neft

"Brent" bahalaşdı, "Azeri Light” dəyər itirdi

Dünya birjalarında neftin qiymətində yenə təzadlı dəyişiklik başlayıb. Günlərdir davam edən uculaşmadan sonra Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar artaraq 58,37 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar bahalaşaraq 52,81 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə aşağı enib. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,28 dollar geriləyərək 58,88 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.