Ermənilər Putini hədələdilər

05 Sentyabr, 2019 09:25 | İqtisadiyyat | Baxış sayı: 536
Vladimir Putin
Vladimir Putin

Rusiya Ermənistana ayın 10-na kimi vaxt verdi, əks halda...

"Əgər Vladimir Putin Robert Koçaryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun. Qapı onun arxasından bağlana bilər". Bunu “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin sədri olan Daniel İoannisyan özünün "Facebook" səhifəsində yazıb.

"Qolos Armenii"də onun bu bəyanatını işıqlandırıb. Putinin arxasınca qapını kim bağlaya bilər? İoannisyan bunu dəqiqləşdirməyib. Yəqin ki, bunu İrəvan rəsmiləri edər. Kimə həbsxana qapılarını açmaq, kimlər üçün isə bağlamaq qərarını onlar verirlər. İoannisyan bəlkə də Putini mütamadi olaraq Nikol Paşinyanın dilindən Ermənistan ilə Rusiya arasında münasibətlərin ən gözəl səviyyədə olduğunu qışqıranların adından təhdid edir? 

Qeyd edək ki, onun bəyanatına rəsmi İrəvan heç bir reaksiya verməyib. Axı baş nazir QHT sədrinə çox inanır. Hətta bu şəxsə işğal edilən torpaqlarda baş tutan qondarma seçkidə monitorinq keçirmək səlahiyyəti də vermişdi. 

Paşinyanın dostunun Rusiya prezidentinə qarşı çıxışını “Pass” qəzeti də dərc edib. Qəzet yazır ki, bu hadisə Putinin payızda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfərinin nəzərdə tutulduğu bir zamanda baş verib. Prezident səfər zamanı istintaq təsridxanasına da baş çəkməlidir. Rusiya tərəfi Putinin həbsxanaları  ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin daha da artırılmasını tələb edib. Ermənistan isə bundna imtina edib. Rusiya prezident admnistrasiyasının nümayaəndələri məsələnin həlli üçün sentyabrın 10-na kimi vaxt veriblər. Əks halda sammit Moskvada keçiriləcək. 

Erməni eskpertlər isə hesab edirlər ki, söhbət Putinin həbsdə olan eks prezident Robert Koçaryanla görüşmək niyyətindən gedir.