Azərbaycan nefti kəskin bahalaşdı

05 Sentyabr, 2019 16:38 | İqtisadiyyat | Baxış sayı: 155
Neft
Neft

Bir barelinin qiyməti 3,1 dollar artıb

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,1 dollar artaraq 63,95 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.