Manatın sürəti artıb

05 İyul, 2018 15:01 | İqtisadiyyat | Baxış sayı: 153
Azərbaycan manatı
Azərbaycan manatı

Bu ilin may ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,58 bənd təşkil edib.

İstiPress Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,03 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,32 bənd artıb. Bu ilin yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,63 bənd təşkil edib.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72) qeydə alınıb. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.