Azərbaycan neftinin qiyməti 41 dollara yaxınlaşır

05 İyun, 2020 10:16 | İqtisadiyyat | Baxış sayı: 41
Neft tankeri
Neft tankeri

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,42% artıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,45 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.