Türkiyənin gözləmədiyi qərar

05 Mart, 2019 10:10 | İqtisadiyyat | Baxış sayı: 108
ABŞ və Türkiyə bayraqları
ABŞ və Türkiyə bayraqları

ABŞ güzəştli ticarət rejimini ləğv edir

ABŞ prezidenti Donald Tramp Türkiyə və Hindistan ilə güzəştli ticarət rejimini ləğv etməyi planlaşdırır. "RİA Novosti"nin məlumatına görə, Tramp bu barədə təklifi konqresə göndərib. 

Qərar Türkiyə ilə iqtisadi inkişafın səviyyəsinə əsasən qəbul edib. Tramp hesab edir ki, son 45 ildə Türkiyə iqtisadiyyatı çox güclənib və şaxələnib.

Bununla belə, sözügedən qərar Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərə bilər.