Bu da dünyanın ən varlı qadını FOTO

05 Mart, 2019 09:48 | İqtisadiyyat | Baxış sayı: 103
Dollar
Dollar

Onun 50 milyard dollara yaxın sərvəti var

"Forbes" dünyanın ən varlı qadını və kişisinin adını açıqlayıb. Bu barədə jurnalın saytında məlumat yerləşdirilib. Jurnalın versiyasına görə, ən varlı insan "Amazon" rəhbəri Ceff Bezos hesab edilir. Hazırda boşanma prosesində olan Bezosun 131 milyard dollar pulu var. O, ötən ildə bu siyahının ilk pilləsini tutmuşdu. 

Lakin planetin ən zəngini boşanma prosesindən sonra öz mövqeyini itirə bilər. Belə ki, onun sərvətinin bir qismini ayrıldığı arvadına verəcəyi gözlənilir. 

Ən varlı qadınların siyahısına isə kosmetika imperiyası "L`Oreal"ın rəhbəri Fransuaza Betankur-Mayres liderdir. Onun sərvəti 49,3 milyard dollar həcmindədir. "Ən varlı insanlar" siyahısında isə o 15-ci yeri tutur. 

Ötən il bu yerin sahibi Elis Uolton olmuşdu. "Walmart" hipermarketlər şəbəkəsinin varisinin sərvəti 46 milyard dollar həcmində idi. 

Tam siyahı bu gün açıqlanmalıdır.