Neft bahalaşır - 64 dollar

05 Fevral, 2019 11:51 | İqtisadiyyat | Baxış sayı: 45
Neftçi
Neftçi

"Qara qızıl"ın birjalardakı qiyməti 30 faizə yaxın artıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar artaraq 62,70 dollara təklif edilir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar bahalaşaraq 54,74 dollar təşkil edib.

Azərbaycan neftinin qiymətində də artım var. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 63,98 dollardır. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.