Azərbaycan bu məsələdə Cənubi Qafqazın lideridir

05 Yanvar, 2018 18:59 | İqtisadiyyat | Baxış sayı: 259
Bakı - İçərişəhər
Bakı - İçərişəhər

Təkzibolunmaz yeni faktlar təqdim edilib

2017-ci ildə Azərbaycan iqtisadi sahədə Cənubi Qafqazın lider ölkəsi olduğunu təsdiq edib.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vestnik Kavkaza” analitik portalında dərc olunmuş məqalədə bildirilib.

Məqalədə bildirilir ki, ilkin hesablamalara görə, 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) $39,21 mlrd olub. Halbuki, həmin dövrdi Gürcüstanın ÜDM-i  $15,23 mlrd, Ermənistanınkı isə $11,04 mlrd. təşkil edib.

Azərbaycan ÜDM-i əvvəlki ilə nisbətən 4,4% artıb. Gürcüstanda artım 6,28%, Ermənistanda isə 4,47% təşkil edib.

Daha dəqiq göstərici - alıcılıq qabiliyyəti pariteti üzrə (beynəlxalq dollarla) ÜDM isə Azərbaycan iqğtisadiyyatının əslində daha böyük üstünlüyə malik olduğunu ortaya çıxarıb. Azərbaycanın  alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-i 2017-ci ildə $166,8 mlrd, olub. Bu göstərici Gürcüstanda $39,32 mlrd, Ermənistanda isə $27,21 mlrd. təşkil edib.

Son rəqəmlər göstərir ki, Azərbaycanda yaşamaq Ermənistanla müqayisədə təxminən 2 dəfə, Gürcüstanla müqayisədə isə 1,6 dəfə ucuz başa gəlir. Hər iki respubilkadan son 25 ildə müşahidə olunan böyük köçün əsas səbəbi budur.