Azərbaycan banklarının faizdən nəhəng qazancı

05 Yanvar, 2018 18:20 | İqtisadiyyat | Baxış sayı: 220
Manat
Manat

Faiz gəlirləri və xərcləri arasında fərq

2017-ci il dekabrın 1-nə bank sektorunun xalis mənfəəti 592,7 mln. manat təşkil edib.

İstiPress-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirilir. Hesabatda deyilir ki, noyabrda bankların faiz gəlirləri 1 mlrd. 731,8 mln. manat, faiz xərcləri isə 796,1 mln. manat olub.

Qeyd edək ki, banklar noyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 279,5 mln. manat əldə edib. Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 316,8 mln. manat vəsait ayrılıb.