AZAL vaxt verdi - 60 dəqiqə qalmış...

05 Yanvar, 2018 13:40 | İqtisadiyyat | Baxış sayı: 219
AZAL
AZAL

Qeydiyyat müddəti dəyişdi

Azərbaycan Hava Yolları sərnişinlərinə müraciət edib. AZAL-dan İstiPress-ə verilən məlumata görə, 2018-ci il yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq. Eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

Sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edirik. Siz həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqajınız olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərsiniz.