Neft bu xəbərə görə bahalaşmağa başladı

04 Dekabr, 2018 16:26 | İqtisadiyyat | Baxış sayı: 169
Neftçi
Neftçi

“Reuters” agentliyi əsas işi görüb

Dünya birjalarında Brent və WTI markalı neftin qiyməti 3 faizə qədər bahalaşıb.

İstiPress-in məlumatına görə, buna səbəb “Reuters” agentliyinin mənbəsinə istinadən yaydığı məlumat olub.

Məlumatda qeyd edilirdi ki, OPEK+ xammal hasilatını gündəlik 1,3 milyon barrelə qədər azaltmaqla bağlı razılıq üzərində işləyir.