Bakıda insan əti yeyən şirkət rəhbəri

04 Dekabr, 2017 15:23 | İqtisadiyyat | Baxış sayı: 1331
Çiy ət restoranı - ARXİV
Çiy ət restoranı - ARXİV

Əsas hədəf həddi-buluğa çatmamış gənc qızlardır

Azərbaycanın 10 milyona yaxın sakini ciddi təhlükə qarşısındadır. Manatın məzənnəsinin sabit qalmasına baxmayaraq hansısa sirli əl əsas istehlak mallarını, xüsusilə ərzaqları yavaş-yavaş bahalaşdırır və ailə büdcələrinə böyük zərbə dəyir. 

İstiPress-in araşdırmasına görə, manatın məzənnəsinin sabitləşməsinlən keçən bir il ərzində ailələrin ərzağa və məişətdə işlənən digər gündəlik tələbat mallarına (diş pastası, salfet kağızı, sabun və s.-ə)  xərclədikləri pullar ən azı 50 faiz artıb. Əgər bir il qabaq Bakı və Gəncə kimi şəhərlədə bir nəfərin, geyim istisna olmaqla, ərzaq və digər zəruri istehlak malları üçün ayda xərclədiyi vəsait 100 manat idisə, hazırda bu, 150 manata qalxıb.

Ölkə üzrə yox, təkcə şəhər əhalisinin əsasən yaşadığı Bakı və Gəncə zonasının sakinlərini nəzərə aldıqda, hansısa qrupların qiymət artımından son bir ildə 3 milyard manata yaxın spekulyativ  qazanc əldə etdiyini görmək olur. Hesab sadədədir - real olaraq 4 milyon şəhər sakini Bakı - Sumqayıt zonasında, 1 milyon şəhər sakini isə Gəncə, Şəmkir, Mingəçevir üçbucağında yaşyır (təbii ki, Göygöl və Daşkəsənin də şəhər əhalisi buraya daxildir).

Ölkənin digər zonaları nəzərə alındıqda mafiyalaşmış ticarət qruplarının ədalətsiz bahalaşdırmadan əldə etdikləri spekulyativ gəlirlərinin il ərzində 5 milyard manatdan çox olduğunu görmək mümkündür. Bu, Azərbaycan əhalisinin pul gəlirlərinin 10 faizindən yüksək  bir rəqəmdir, istənilən halda, 2017-ci ildə Azərbaycan əhalisinin pul gəlirləri 48 milyard manatın ətrafında olacaq. Yəni hansısa sirli əl azərbaycanlıların cibinə girərək spekulyativ yollarla hər 10 manatından birini mənimsəyir. 

Vüqar Bayramlı - İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri
Vüqar Bayramlı - İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri

Bahalaşma demək olar ki, həm idxal mallarına, həm də yerli istehsal mallarına şamil edilir. İqtisadçı ekspert Vüqar Bayramov İstiPress-ə müsahibəsində bildirib ki, Azərbaycanın ərzaq idxal etdiyi əsas iki ölkədə - Rusiyada və Türkiyədə devalvasiya nəticəsində qiymətlər dollar hesabı ilə ucuzlaşıb. Amma buna baxmayaraq, həmin ölkələrdən gətirilən  məhsullar da bahalaşdırıb. 

Yəni əslində, iqtisadçı ekspertin  bu dedikləri nəzərə alınarsa, şirkət rəhbərlərinin xalqdan kriminal yolla oğurladıqları pullar İstiPress-in ortaya rəqəmdən daha çox olub. Bu sirr deyil ki, bu cür bahalaşma bazara bir neçə şirkətin inhisarçı səviyyədə nəzarət etməsi nəticəsində mümkündür. Supermarket şəbəkələrinə nəzarət edən bu şirkətlər bir neçə il qabaq məqsədli şəkildə dempinq qiymətləri tətbiq edərək məhəllə dükanlarını məhv etdilər. Beləliklə, ərzaq bazarında istənilən qiymətləri tətbiq etmək yolunda onların qarşısında tək maneə Kənd Təsərrüfatı Nazirliyinin himayəsi altında keçirilən yarmarkalar qaldı.

İqbal Ağazadə - keçmiş millət vəkili
İqbal Ağazadə - keçmiş millət vəkili

Amma Milli Məclisin keçmiş üzvü İqbal Ağazadənin verdiyi məlumata görə, indi bu şirkətlərin inhisarçı sahiblərinin sayəsində  fermerlər bu yarmarkalara buraxılmır. Kəndlərdə onların istehsal etdiyi mallar qalıb çürüyür, yarmarkalarda isə alverçilər məhz həmin şirkətlərin idxal etdikləri malları satır, qiymətlər də supermarketlərdə olduğu kimi yavaş-yavaş qalxır.

"Azərbaycanın inhisarçı şirkət rəhbərlərinin “rasionuna” öz həmvətənlərinin böyüməkdə olan nəslinin, xüsusilə də gənc qızların “əti” daxildir."

Beləliklə, neft ölkəsi olan və keçid dövrünü çoxdan başa çatdırmış Azərbaycan 1990-cı illərin müharibəli dövründəki kimi zəif qidalanma problemi ilə üz-üzə qalıb. Bu isə böyüməkdə olan nəslin xırdaboylu, aşağıçəkili qalması, anemiya, əqli inkişafdan gerilik kimi problemlərlə üzləşəməsi deməkdir. Beynəlxalq qurumların 1990-cı illərdə Azərbaycanda apardığı araşdırmalar göstərir ki, həmin vaxt bu problemlər əsasən ailələrin qız uşaqlarını hədəfə alırdı, çünki ailələr istər-istəməz oğlan uşaqlarını qidalandırırdılar, yaxud onlar müxtəlif yollarla günəmuzd işələyərək normal boy üçün lazım orlan proteini əldə etmək üçün pul qazana bilirdilər. Maləsəf, yoxsul ailələrin qızlarının buna imkanı olmurdu və sonda bu qızlar ərə getməkdən tutmuş, ali məktəbə girməyə və işə düzəlməyə qədər çox ciddi problemlərlə üz-üzə qalırdılar.

Bu fakt nəzərə alınanda inhisarçı şirkət sahiblərinin qədim dünyanın kannibal qəbilə liderlərindən heç bir fərqi olmadığını düşünmək mümkündür. Fərq yalnız ondadır ki, həmin qəbilə liderləri müharibədə əsir götürdükləri düşmənlərinin, uzağı öz tayfasından ölmüş yaşlıların ətini yeyirdilər. Amma Azərbaycanın inhisarçı şirkət rəhbərlərinin “rasionuna” isə öz həmvətənlərinin böyüməkdə olan nəslinin “əti”, xüsusilə də sabahın anası olacaq gənc qızların gələcəyi daxildir.

İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanı bu cür inhisarçı şirkətlərin gətirdiyi problemlərdən xilas etmək üçün hökumət səviyyəsində bir sıra addımların atılmasını vacib sayır: “Qiymətlərə dövlət səviyyəsində nəzarət mümkündür. Amma bu, bazar iqtisadiyyatının yol verdiyi qaydalar çərçivəsində olmalıdır. Birincisi, ölkəyə ərzaq idxalına yeni iştirakçılar  yaradılmalıdır. Qiymətlərin təhlili də vacibdir, bu, problemin səbəblərini müəyyən etməyə imkan yaradar. Uzunmuddətli perspektivdə isə idxalın yerli istehsalla əvəzlənməsi vacibdir.