Qadın işçisini məşuqə etdi - baş direktorluqdan qovuldu

04 Noyabr, 2019 18:52 | İqtisadiyyat | Baxış sayı: 164
Stiv İsterbruk
Stiv İsterbruk

Transmilli şirkət açıqlama yayıb

McDonald'sın baş direktoru Stiv İsterbruk korporativ qanun pozuntusuna görə idarə heyətinin qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb.

İstiPress “CNN” telekanalına istinadən xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, 52 yaşlı İsterbruk qadın işçilərindən biri ilə romantik münasibətə görə işini itirib.

S. İsterbruk direktorlar şurasının müvafiq qərarı ilə razılaşdığını açıqlayıb: “Bu, səhv idi. Şirkətin dəyərlərini nəzərə alaraq, idarə heyəti ilə razılaşıram ki, getməyimin vaxtı çatıb”.

Onun yerinə əvvəllər McDonald's'ın Amerika bölməsinə rəhbərlik etmiş Kris Kempçinski gətirilib.